ÇOVĞUN, BORAN

düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.
ÇOXDUZLU GÖL, RAPALI GÖL
DAĞ-DƏRƏ KÜLƏKLƏRİ
OBASTAN VİKİ
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır. Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir. Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir.
Boran
Behice Boran
Behice Boran (türk. Behice Boran 1 may 1910, Bursa, Xudavəndigar vilayəti – 10 oktyabr 1987, Brüssel[d]) — Türk siyasətçi və ictimai elmlər doktoru, marksist, ilk qadın sosioloq. Türkiyə tarixində ilk qadın partiya lideridir. Solçuların tənqidi səsi, dəfələrlə təcavüzə məruz qalan və həbs edilən Boran 1980-ci il hərbi çevrilişindən sonra sürgünə göndərilir. == Bioqrafiyası == Boran 1890-cı illərdə Osmanlı İmperiyasına köçən Kazan tatarlarının ailəsində anadan olub. 1931-ci ildə İstanbuldakı Amerika Qadınlar Kollecini bitirdikdən sonra ABŞ-nin Miçiqan Universitetində sosiologiya təhsili alır. 1939-cu ildə doktorluq dərəcəsini almış və marksizmlə maraqlanmağa başlamışdır. Vətəninə qayıdaraq Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində sosiologiya kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, həmçinin Türkiyə Kommunist Partiyasına (TKP) qoşulmuş və solçu "Yurd və Dünya" və "Adımlar" dövri nəşrlər ilə əməkdaşlıq etməyə başlamışdır. 1948-ci ildə solçu görüşlərin tərəfdarı kimi universitetdən qovulur.
Boran Kuzum
Boran Kuzum (1 oktyabr 1992, Ankara) — Türkiyəli aktyor. == Həyatı == Boran Kuzum, 1 oktyabr 1992-ci ildə Ankarada anadan olmuşdur.
Boran Xan
Hikmət Boran
Hikmət Boran (1901, Savaştəpə[d], Balıkəsir ili – 1945, İstanbul) — tibb fakültəsi tələbəsi ikən İstanbulun işğalına qarşı universitetdə müqavimət təşkilində oynadığı rol və tibb fakültəsi tələbələrinin təmsilçisi olaraq qatıldığı Sivas Konqresində etdiyi mandatlıq rejiminə qarşı çıxışıyla məşhurdur. Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmış, müharibədən sonra ümumi cərrah olaraq çalışmışdır. Jurnalist və incəsənət xadimi Orxan Boranın atasıdır. 1901-ci ildə Balıkəsirin Savaştəpə bucağında dünyaya gəldi. Atası poçt-teleqraf məmurlarından Haqqı bəydir. Abxaziyadan sürgün edilən çərkəz qaçqınları arasında Trabzona gəlmiş ailənin övladıdır. Ali təhsilini İstanbulda Tibbiyyə Məktəbində almış, İstanbulun işğala uğradığı günlərdə ingilis bölmələrinin işğalı altında olan məktəbdə təşkil edilən nümayişlərdə rəhbər rol oynamışdır. Üçün kurs tələbəsi ikən Sivas Konqresinə qatılmaq üçün tələbələrin təmsilçisi olaraq seçilən Hikmət İstanbuldan qaçaraq Sivasa getmişdir. Konqresə İstanbuldan qatılan 3 nümayəndədən biri olmuşdur. Sivas Konqresində Mustafa Kamala xitabən etdiyi çıxışı ilə tanınır.
Əziz Boran
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
İranda çovğun (1972)
İranda çovğun (fars. برف و بوران ۱۳۵۰ ایران‎) - 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun. İranın şimal-qərb, mərkəzi və cənubi ərazilərində baş vermiş çovğunlar nəticəsində azı 4 min nəfərə yaxın şəxs həlak olmuşdur. Öz həcminə və vurduğu ziyana görə çovğun Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Təbii fəlakət nəticəsində ən azı 200 kənd yer üzündən silinmişdir, bəzi yerlərdə qarın hündürlüyü 9 metrə qədər yüksəlib. Çovğun dörd illik quraqlıq mövsümündən sonra gəlmişdir. Təbii fəlakət nəticəsində İranda nə qədər insanın həlak olduğu məlum deyil. Qəfil yağan şiddətli qar nəticəsində onlarla dağ kəndinə gediş-gəliş kəsilmiş və nəticədə mühasirədə qalmış insanların bir çoxu soyuq havanın səbəb olduğu xəstəliklərdən və açlıqdan vəfat etmişdilər. Çovğun nəticəsində adətən isti hava şəratinə malik olan və mülayim qışları ilə tanınan İranın cənub hissəsinə belə 8 metr hündürlüyündə qar yağmışdır. İttilaət qəzeti tərəfindən 2010-cu ildə hazırlanmış yeni araşdırma xarakterli hesabatlara görə ən çox insan itkisi Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzi olan Ərdəkan şəhərində qeydə alınmışdır.